Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 11 YPG terrorçusunu (PKK terror təşkilatının Suriya qanadı) zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Departamentin məlumatında deyilir ki, terrorçular “Fərat Qalxanı” antiterror əməliyyatı zonasına hücuma cəhd ediblər.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.
Bizim.Media