"Enerji böhranı kontekstində Almaniya iqtisadiyyatında qış tənəzzülü ilə üzləşə bilər".
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Mərkəzi Bankının rəhbəri Yoahim Nagel bildirib.
Onun sözlərinə görə, iqtisadiyyat ilin birinci yarısında yaxşı vəziyyətdə olub, lakin tədarüklə bağlı problemlər yaranarsa, proqnoz pisləşə bilər.
O, xüsusilə çaylarda suyun uzun müddət az olması ilə bağlı yarana biləcək çətinlikləri qeyd edib. (Trend)
Bizim.Media