Dünyanın ikinci ən yaşlı adamı hesab edilən Polşa vətəndaşı Tekla Yunyeviç 116 yaşında vəfat edib.
Bizim.Media "Lenra.ru"-ya istinadən xəbər verir ki, 1906-cı ildə Lvovda anadan olmuş qadın Polşa tarixinin ən yaşlı vətəndaşı hesab edilir.
1945-ci ildə şəhər Ukrayna SSR-in tərkibinə daxil olduqdan sonra o, ailəsi ilə birgə Polşaya köçüb.
Qeyd edək ki, hazırda planetin ən yaşlı adamı 118 yaşlı Fransa vətəndaşı Lüsil Randon hesab edilir.
Bizim.Media