Bu il G20 sammitinin noyabr ayında Balidə keçirilməsi planlaşdırılır.
Bizim.Media "Breakingthenews"a istinadən xəbər verir ki, ABŞ, Kanada və bir sıra digər ölkələrin etirazlarına baxmayaraq, İndoneziyanın ev sahibliyi etdiyi sammitə Rusiya prezidenti Vladimir Putin də dəvət alıb.
Ukrayna prezidenti də G20-yə qonaq qismində dəvət alıb.
İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares qeyd edib ki, ölkəsi Ukrayna və Rusiya arasında dialoqu təşviq etmək istəyir. Tərəflərdən heç biri görüşmək üçün hər hansı xüsusi istəyi ifadə etməyib.
Bizim.Media