Ukrayna prezidenti Volodimir Zelenski Lvov vilayətində xəstəxanada müalicə alan yaralı ukraynalı hərbçilərə baş çəkib.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, o, bu barədə “Facebook”da məlumat verib və müvafiq fotolar yayıb.
"Lvov bölgəsi. Hərbçilərə tibbi xidmət göstərən xəstəxana. Və qəhrəmanlarımız. Rusiyanın bu müharibədə qalib gəlməyəcəyini hər gün sübut edənlər. Ukrayna torpağını qoruduğunuza görə sizə təşəkkür edirik”, - deyə Ukrayna dövlətinin başçısı bildirib.
Bizim.Media