Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 95 milyon 484 min 666 nəfərə çatıb.
Bizim.Media "Worldometers"ə istinadla xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 39 min 695 nəfərdir.
İndiyədək 68 milyon 70 min 260 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, ötən sutka ərzində 683 378 nəfər koronavirusa yoluxub, 12 893 pasiyent isə dünyasını dəyişib.
Xatırladaq ki, COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Bizim.Media