Əfqanıstanlı valyuta dəyişənlər Əl-Qaidənin lideri Əymən Əl-Zəvahirinin Kabildə Amerika tərəfindən öldürülməsinə etiraz olaraq avqustun 10-da bir araya toplaşıblar.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, narazılar aksiya zamanı "İrana ölüm!", "Amerikaya ölüm!", "Pakistana ölüm!" kimi müxtəlif şüarlar səsləndiriblər.
Taliban rejiminin sözügedən şəxsləri əllərində bu qruplaşmanın bayrağını tutmağa və Amerikanın Əl-Qaidə liderinin sığınacağına hava zərbəsi endirməsinə etiraz etməyə məcbur etdiyi bildirilir.
Bizim.Media