Meksikanın cənubundakı Puerto Madero şəhərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlardan sonra bölgə üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Sakit okean sahilində, Çiapas ştatında yerləşən Puerto Madero şəhəri Qvatemala sərhədinə yaxın ərazidə yerləşir.
Zəlzələdən sonra region üçün sunami təhlükəsi barədə məlumat yayıb.
Bizim.Media