İspaniyanın Alikante şəhərində dilənçi qadın lotereya bileti alıb və 1,2 milyon avro udub.
Bizim.Media xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Küçədə hər gün bankın və supermarketin qarşısında 5 saat dilənən qadın tez-tez siqaret dükanına gedir və əldə etdiyi pulu lotereya biletlərinə xərcləyib. Onun aldığı növbəti biletdə bütün nömrələr üst-üstə düşüb.
Mənbə qadının adını açıqlamır. Bileti satan dükanın sahibi onun qaraçı olduğunu iddia edir:
“Dünən gəlib dedi ki, bütün problemləri həll etmişik. Bütün məhəllə tərəfindən sevilən bir insanı sevindirdik. Qadının borcları və maliyyə problemləri var idi”.
Bizim.Media