Krım aerodromunda baş verən partlayışlar nəticəsində ölən və yaralananlar var.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Krımın Novofedorovka rayonundakı Saki aerodromunun ərazisində bir neçə aviasiya sursat partlayıb. Hadisə zamanı 5 nəfər yaralanıb. Onlardan biri xəstəxanada vəfat edib.
Qeyd edək ki, partlayışlar zamanı aviasiya texnikasına ziyan dəymədiyi açıqlanıb.
Bizim.Media