“Belarusda sabitliyin pozulması ciddi nəticələrə gətirib çıxara bilər”.
Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, Belarus cəmiyyətində sabitlik pozulan kimi ölkəyə dərhal “köməklik” göstəriləcək:
“Bizi bütünlüklə yandıracaqlar və vəziyyət Ukraynadan da pis olacaq. Mən bunu hiss edirəm. Çox ciddi vəziyyət yaranıb”.
Belarus lideri qeyd edib ki, hazırda ölkədə hər şey yaxşıdır:
“Hər kəsin yeməyi, içməyi, geyimi var. Əgər sükanı əldən versək, bir anda hər şey çökəcək”.
Bizim.Media