Dünya miqyasında ən çox istifadəçiyə malik sosial mesajlaşma platforması olan “WhatsApp” yeni funksiya təqdim etməyə hazırlaşır.
Bizim.Media “dailyo.in”ə istinadən xəbər verir ki, yeni funksiya qrup çatlarında mobil nömrənizi digər istifadəçilərdən gizlətməyə imkan verəcək.
Belə ki, istifadəçi qrupa daxil olarkən “kimə nömrəsi görünsün, kimə isə görünməsin” deyə seçim edə biləcək.
Bildirilib ki, yenilik tezliklə istifadəyə veriləcək.
Bizim.Media