Moldovada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.
"Respublikada ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb. İlk yoluxma halı ABŞ-dan ölkəmizə gələn xarici vətəndaşda təsdiqlənib", - deyə məlumatda bildirilir.
Bizim.Media