Dünya Bankı ABŞ-dakı fondların dəstəyi ilə Ukraynaya 4,5 milyard dollarlıq yeni yardım tranşı ayırıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, yardımda məqsəd Ukrayna hökumətinin müharibə nəticəsində yaranan ehtiyacını ödəməkdir.
İlk növbədə yerli hakimiyyət orqanlarının sosial xərcləri ödəməsi təmin ediləcək.
ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, yardımın ilk 3 milyard dollarlıq hissəsi avqustun sonunadək Ukraynanın hesabına köçürüləcək.
Bizim.Media