6 avqust 1945-ci ildə Amerika təyyarələri Yaponiyanın Xirosima şəhərinə "Uşaq" adlı atom bombası atıb. İki gün sonra, avqustun 8-də ABŞ Yer kürəsində canlı cəhənnəmə çevrilən Naqasakiyə “Gombul” atom bombasını atıb. Yaponiyanın bu şəhərində 70 min insan ölüb.
Xirosima və Naqasakiyə atılan atom bombalarının qurbanlarının ümumi sayı 450 min nəfəri keçib.
Bizim.Media xəbər verir ki, Yaponiyanın iki şəhərinə hücumlar nüvə silahının döyüş istifadəsi tarixində yeganə hal olub. Xirosima və Naqasaki faciəsi kütləvi qırğın silahlarına qarşı mübarizənin simvoluna çevrilib.
6 avqust Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günüdür.
Hazırda “Atom Bombası Qübbəsi” kimi tanınan Xirosima Prefekturasının Sənaye İnkişafı Zalının xarabalıqları qarşısında xatirə tonqalları yandırılır.
Bizim.Media