Kosovoda Serbiya ilə sərhəddə vəziyyətin gərginləşməsi barədə məlumat verən “Komsomolskaya Pravda”nın jurnalisti Dariya Aslamova saxlanılıb.
Bizim.Media xəbər verir ki, o, Serbiya ilə sərhəddə vəziyyətlə ilə bağlı hesabat hazırlayırmış.
Priştina hesab edir ki, Aslamova Rusiya Federasiyasının xeyrinə casusluq edib. Üstəlik, Kosovoda “sabitliyi pozmağa yönələn təbliğat” aparıb, Ukraynada hərbi əməliyyatlarda iştirak edib.
Dariya Aslamova Kosovaya şimal sərhədindən daxil olub, bundan əvvəl Serbiyada işləyib.
Onun hazırda harada olması barədə informasiya yoxdur.
Bizim.Media
