Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın 225 deputatının diplomatik pasportlarını ləğv edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, diplomatik pasport sırf rəsmi ezamiyyət üçün istifadə ediləcək.
"Şəxsi səyahət üçün bu sənəddən istifadə yolverilməzdir. Qanuna görə, səfərdən qayıdan şəxs ən geci 10 gün müddətində pasportu saxlanmaq üçün XİN-ə qaytarmalıdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq deputatların çoxu sənədi qaytarmayıb. Bu səbəbdən qaytarılmayan 225 pasport ləğv edilib", - deyə XİN-dən bildirilib. (APA)
Bizim.Media