Türkiyə və Rusiya Federasiyası prezidentlərinin Soçi görüşündə Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyədə görüşməyi təklif edib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, o, münaqişənin danışıqlar masasında həll edilə biləcəyinə inandığını deyib:
“Çətinliklərə baxmayaraq, böhranın danışıqlar masası arxasında həll olunacağına qəti inanıram. Mən bir daha cənab Putinə xatırlatdım ki, biz onun cənab Zelenski ilə görüşünü qəbul edə bilərik”, - deyə Ərdoğan bildirib.
Bizim.Media