ABŞ-ın Moskvadakı səfirliyinin hasarına çıxmağa çalışan gənc saxlanılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, 27 yaşlı Aleksandr Sbitnev ABŞ Prezidenti Co Baydenin nikahdan kənar oğlu olduğunu iddia edib.
O, avqustun 3-də ABŞ səfirliyinin qarşısına gəlib. Polis əməkdaşlarından içində məktub olan zərfi səfirə təqdim etmələrini istəyib. Bu istəyi rədd edildikə hasara çıxaraq zərfi səfirliyin həyətinə atmağa çalışıb.
Aleksandr Sbitnev polis tərəfindən saxlanılıb.
Bizim.Media