“Dünyada münaqişələr qlobal təhlükəsizliyin səmərəsiz arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin digərinə təcavüz etməyəcəyinə zəmanət verilsin”.
Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü, avqustun 3-də prezident Volodimir Zelenski çıxışında deyib.
“Əvvəlcə Balkanlar, sonra Tayvan, indi də Qafqaz... Bütün bu vəziyyətlər fərqli görünür, baxmayaraq ki, onların bir ortaq amili var, o da qlobal təhlükəsizlik arxitekturasının işləməməsidir. Əgər bu işləsəydi, bütün bu münaqişə olmazdı”, - deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Ukrayna problemə hələ 2014-cü ildə, Rusiya beynəlxalq hüquqa məhəl qoymadan Krımı və Donbasın bir hissəsini ilhaq edəndən sonra diqqət yetirməyə başlayıb.
Zelenski hesab edir ki, ölkələrin kövrəkliyini yalnız bütün dünyada birgə fəaliyyətlə qorumaq olar:
“Bunun üçün effektiv təhlükəsizlik arxitekturasını hazırlamaq lazımdır”.
Bizim.Media