Üç "Akıncı" zərbə pilotsuz uçuş aparatı Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının arsenalına verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Nazirlik bildirib ki, "Akıncı" PUA-nın təhvil verilməsi 2-3 avqust tarixlərində Çorlu vilayətində baş tutub.
Pilotsuz uçuş aparatları Türkiyə Hərbi Hava Qüvvələrinin 14-cü pilotsuz təyyarə sistemləri bazasının komandanlığına verilib.
Bizim.Media