Avqustun 3-də ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olma protokollarının təsdiq edilməsi haqqında qətnamə qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə "C-SPA" telekanalı xəbər verib.
Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya proseduru birbaşa ölkə prezidenti tərəfindən həyata keçirilir, Senat buna razılıq verir.
Bundan sonra ABŞ prezidenti Co Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb alyansa göndərməlidir.
Bizim.Media