Priştinanın avqustun 1-dən etibarən serblərin şəxsi sənədlərinin məcburi dəyişdirilməsi ilə bağlı qaydaları tətbiq etmək qərarı onların Kosovodan qovulması istiqamətində bir addımdır.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
"Rusiya Priştinanı və onun arxasında duran ABŞ və Aİ-ni təxribatları dayandırmağa və Kosovodakı serblərin hüquqlarına hörmət etməyə çağırır", - Zaxarova bildirib.
Diplomat Aİ-nin Kosovodakı vasitəçilik missiyasının uğursuzluğuna da işarə edib.
Bizim.Media