NATO-nun baş katibi postunda Yens Stoltenberqi kimin əvəz edə biləcəyi məlum olub.
Bizim.Media xəbər verir ki, Reuters agentliyinin Brüsseldəki beynəlxalq qurumlardakı öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu vəzifəyə ideal namizəd Estoniyanın keçmiş baş naziri Kaya Kallasdır.
“Optimal profil Estoniyanın keçmiş baş naziri Kaya Kallasdır. Onun qadın olması Alyansı daha inklüziv edəcək. Baltikyanı ölkələrin nümayəndəsidir, Rusiyaya qarşı aydın tənqidi mövqeyə malikdir və eyni zamanda rus dilini bilir”, - mənbə bildirib.
Bizim.Media