Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan demək olar ki, tamamilə asılı vəziyyətə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Britaniya Müdafiə Nazirliyinin Tvitter səhifəsində yerləşdirilib.
“2022-ci il iyulun 28-də Rusiya Belarus ərazisindən Ukraynanın şimalına ən azı 20 raket zərbəsi endirib”, - kəşfiyyat xidməti xatırladır.
Kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Lukaşenko Ukraynaya qarşı müharibədə Moskvanın xəttinə sadiq qalır.
İyulun 21-də Lukaşenko qeyd edib ki, Kiyev Rusiyanın müharibənin dayandırılması ilə bağlı tələblərini qəbul etməlidir.
Bizim.Media