"Ermənistanla münasibətlərin normallaşma prosesinə dair danışıqlar qarşı tərəfin sözünü tutduğu müddət ərzində önəmlidir".
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu proses Azərbaycan və Türkiyə liderlərinin ortaq iradəsi sayəsində baş verib.
"İkinci Qarabağ müharibəsindən sonra bu proses üçün daha uyğun şərait yaranıb. Lakin bəzi dövlətlərin və erməni diasporunun Ermənistanı öz təsiri altında tutmaq üçün bu prosesi sabotaj etmək cəhdləri var".
Bizim.Media