Tokayevdən ekstravaqant TƏKLİF – Bununla Rusiyanın müdaxiləsinə son qoyulacaq

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Mərkəzi Asiya dövlət başçılarının məşvərət şurasında irəli sürdüyü təklif geniş müzakirələrə səbəb olub. Belə ki, Qazaxıstan lideri Mərkəzi Asiyada sərhədlərin delimitasiyası üçün ekspert platformasının yaradılmasını təklif edib.

Tokayev bu məqsədlə ölkəsinin lazımi yardımı göstərə biləcəyini də elan edib.

Məsələnin diqqətçəkən tərəfi isə, sözügedən regionda ölkələr arasında sərhəd problemlərinin aktuallığı ilə bağlıdır. Bu problem vaxtaşırı olaraq regionda konfliktlərin alovlanmasına səbəb olur. Təbii ki, xarici qüvvələrin də odun üzərinə benzin tökdüyünü nəzərə aldıqda problemin aktuallığı daha aydın görünür.
 

MÖVZU İLƏ BAĞLI:

Tokayev Qərbə üz tutduğunu işarə edir – Prezidentin son qərarının ŞƏRHİ


Digər tərəfdən, Qazaxıstan liderinin bu cür təkliflə çıxış etməsini Rusiyaya ünvanlanan mesaj kimi qiymətləndirənlər də var. Çünki Moskva zaman-zaman bölgənin sərhəd problemlərindən öz dominantlığını qorumaq üçün istifadə etməkdə ittiham olunub.

Əksər ekspertlər, delimitasiya prosesinin baş tutmasının regionda münaqişə ehtimalını minimuma endirəcəyi qənaətindədirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə də bu məsələ ilə həmfikir olduğunu qeyd edib:

“Müstəqil dövlətlər arasında sərhədlərin müəyyənləşməsi kənar qüvvələrin də regiona müdaxiləsinə son qoya bilər. Buna görə də Tokayevin təklifi tamamilə bölgə ölkələrinin xeyrinədir”.
Həmsöhbətimiz Qazaxıstan Prezidentinin son dönəmlər Rusiyaya qarşı ritorikasını dəyişməsinə də diqqət çəkib:

“Rusiya beynəlxalq oyunçu kimi öz mövqeyini sürətlə itirir. Xüsusilə də Ukraynaya hücumdan sonra Rusiyanın beynəlxalq aktor kimi həm hörməti, həm də təsir imkanları xeyli məhdudlaşıb. Tokayev də təcrübəli diplomat kimi beynəlxalq vəziyyəti və güclər nisbətini, təbii ki, nəzərə alır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vaşinqtonda meşə yanğınları nəticəsində 600-dən çox tikili məhv olub - VİDEO

Vaşinqtonda meşə yanğınları nəticəsində 600-dən çox tikili məhv olub - VİDEO

Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

Süni intellektə yatırımlar yeni maliyyə böhranı yarada bilər - FOTO

Süni intellektə yatırımlar yeni maliyyə böhranı yarada bilər - FOTO

Ulduz falı: 3 avqust, 2026-cı il

Ulduz falı: 3 avqust, 2026-cı il

Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

İranın addımları ABŞ-ı təəccübləndirdi - Vaşinqton yeni zərbələri nəzərdən keçirir

İranın addımları ABŞ-ı təəccübləndirdi - Vaşinqton yeni zərbələri nəzərdən keçirir

Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

Avropada "Könüllülər koalisiyası" dağılır?

Avropada "Könüllülər koalisiyası" dağılır?

Bilgəh qəsəbəsində bir nəfər dənizdə batdı

Bilgəh qəsəbəsində bir nəfər dənizdə batdı

Poltava vilayətində kritik infrastruktura zərbə: Təhlükəli kimyəvi maddə sızdı - FOTO/VİDEO

Poltava vilayətində kritik infrastruktura zərbə: Təhlükəli kimyəvi maddə sızdı - FOTO/VİDEO

ABŞ-da təhlükəli virus: Ona qarşı nə peyvənd, nə də müalicə var

ABŞ-da təhlükəli virus: Ona qarşı nə peyvənd, nə də müalicə var

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - FOTO/VİDEO

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - FOTO/VİDEO

"Flaminqo" PUA-sının aşağı hündürlükdə uçuş görüntüləri yayıldı - VİDEO

"Flaminqo" PUA-sının aşağı hündürlükdə uçuş görüntüləri yayıldı - VİDEO

Nürnberq hava limanında kütləvi dava: Türkiyə vətəndaşları reysə buraxılmadı

Nürnberq hava limanında kütləvi dava: Türkiyə vətəndaşları reysə buraxılmadı

İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

Rusiyada neft hasilatı çətinləşir, xərci artır – İnfroqrafika

Rusiyada neft hasilatı çətinləşir, xərci artır – İnfroqrafika

Ermənistan parlamentində müxalifət zalı tərk etdi - Spiker seçkisi sabaha qaldı

Ermənistan parlamentində müxalifət zalı tərk etdi - Spiker seçkisi sabaha qaldı

Zaporojyeyə aviazərbə: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Zaporojyeyə aviazərbə: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Ukrayna və Yaxın Şərqdəki müharibələr vahid geosiyasi böhrana çevrilir

Ukrayna və Yaxın Şərqdəki müharibələr vahid geosiyasi böhrana çevrilir

Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Meşə yanğınlarını söndürən iki helikopter havada toqquşdu - ANBAAN VİDEO

Meşə yanğınlarını söndürən iki helikopter havada toqquşdu - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO