Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Baykar Makina” şirkətinin istehsal etdiyi “Bayraktar”ları Rusiyaya satmayacağı barədə bəyanatını yüksək qiymətləndirib.
“Dəyərlər puldan daha vacibdir. Buna görə də “Baykar” Rusiyaya PUA satmayacaq. Qara dənizin o tayında Ukraynanın çox yaxşı dostu olan Haluk Bayraktar Ukraynanın suverenliyini dəstəklədi. Bu, uşaqları öldürən terrorçu ölkə ilə mümkün əməkdaşlıq haqqında düşünən hər kəs üçün yaxşı nümunədir”, - Podolyak özünün “Twitter” səhifəsində yazıb.
Bizim.Media