Avropa İttifaqı (Aİ) Ukraynaya 500 milyon avro əlavə hərbi yardım ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib. “Avropa İttifaqının Xİn rəhbərləri bu barədə bugünkü iclasda razılığa gəliblər.
Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında qəbul edilən qərar Rusiyanın ölkəni işğal etməsindən sonra Ukraynaya göndərilən hərbi yardımın ümumi məbləğini 2,5 milyard avroya çatdırır. Avropa Ukraynanın yanındadır!”, - deyə Mişel qeyd edib.
Bizim.Media
