Türkiyədə Böyük Millət Məclisinin sədri sabah bəlli olacaq.
Moderator.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, ölkədə artıq parlament sədri seçkilərinin birinci və ikinci turları başa çatıb.
İlk turun nəticələri:
Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmət Yılmaz-256;
Cümhuriyyət Xalq Partiyasının (CHP) namizəd Dəniz Baykal-125;
Milliyyətçi Hərəkat Partiyasının namizədi (MHP) Ekmələddin İhsanoğlu-81;
Xalqların Demokratiya Partiyasından (HDP) Dengir Mir Mehmet Fırat-81.
Heç bir namizəd 367 səs toplaya bilmədiyindən 2-ci tur da keçirilib. Bu turun nəticələri:
İsmət Yılmaz ikinci turda 256;
Dəniz Baykal 128;
Ekmələddin İhsanoğlu 80;
Dengir Mir Mehmet Fırat 80.
İkinci turda da heç bir namizəd zəruri sayda səs toplamayıb. Buna görə də sabah səsvermənin üçüncü və dördüncü turları keçiriləcək.