Fransanın keçmiş prezidentinin oğlu Pyer Sarkozi dağıstanlı modellə görüşür.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda avstriyada model olaraq çalışan Aminat Mirzaxanova (Amina Daqi) ilə 30 yaşlı Sarkozinin əlaqələri barədə elə Avstriya mətbuatı məlumat yayıb. Model də yayılan xəbərləri təsdiqləyib:
“Onun fransız şarmı mənim dərhal xoşuma gəldi. O, çox mehriban və nəzakətli idi. Mən deyə bilmərəm ki, bizim münasibətimiz necə inkişaf edəcək, lakin ümid edirəm ki, bu, mənim Parisdəki son tanqom deyil”x9d.