Dünya şöhrətli boksçu Mayk Tayson onunla “şelfi”x9d çəkdirmək istəyən azarkeşi dirsəyi ilə itələyib.
Moderator.az bildirir ki, publika.az “Bleacher Report”x9d nəşrinə istinadən xəbər verir ki, hadisə məşhur boksçular, amerikalı Flod Meyvezer və filippinli Menni Pakyao arasında keçiriləcək döyüşdən əvvəl boksçuların çəki mərasimi zamanı baş verib.
Tayson tamaşaçı lojasından mərasimi izləyərkən arxadan yaxınlaşan azarkeş əlini Taysonun çiyinə qoyub və onunla “şelfi”x9d çəkdirmək istəyib. Amma Tayson buna imkan verməyib və azarkeşi dirsəyi ilə sinəsindən vurub.
Qeyd edək ki, döyüş bu gün Las-Veqasda (Bakı vaxtı ilə 3 may saat 8:00-da) keçiriləcək.