Seçicilərin səsvermə nəticələri ilə bağlı sənədlər Kapitolidən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib. Bildirilib ki, ABŞ Senatının işçiləri binadan təxliyyə olunarkən seçki nəticələrini əks etdirən sənədləri özləri ilə aparmağa müvəffəq olublar.
Qeyd edək ki, dünən ABŞ Konqresi prezident seçkilərindən sonra keçirilən səsvermənin nəticələrini təsdiqləməli idilər. Lakin Trampın dəstəkçiləri Konqres binasına girərək prosesə mane olub.
Bizim.Media