Fransanın şərqindəki Sona departamentində naməlum şəxslər təxminən 350 min avroluq şərab oğurlayıblar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə bildirir ki, cinayətkarlar furqonla gələrək müəssisənin zirzəmisindəki qapını sındırıblar və şərab dolu yüzlərlə butulkanı aparıblar.
Mühafizəçi həyəcan siqnalından sonra oyanıb və maşının artıq uzaqlaşdığını görüb.
Cinayətkarlar onları təqib edən polisə bir neçə şüşə atıblar və sonra mikroavtobusu Bron şəhəri yaxınlığında tərk edərək qaçıblar.
Qeyd olunur ki, bu, eyni qurumda bir həftə ərzində baş verən ikinci soyğunçuluqdur.
Bizim.Media