Türkiyə ordusunun İraqın şimalında terrorçulara qarşı keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zamanı 5 əsgəri şəhid olub, 2 əsgəri yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
"Leytenant Abdulkadir Gülər, çavuşlar Onur Doğan, Hüseyin Çankaya, Bican Kapılay və müqaviləli əsgər Celal Tekederelinin Meluni dağı yaxınlığında terrorçularla qarşıdurma zamanı şəhid olublar", - deyə açıqlamada vurğulanıb.
Sosial mediada şəhid olan əsgərlərin birlikdə çəkdirdikləri son foto paylaşılıb.
Bizim.Media




