Qərb Ukrayna qoşunlarının məğlubiyyətindən ehtiyat edərək təcili olaraq öldürücü silahların tədarükünü təşkil edib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında deyib.
“Ukrayna qoşunlarının məğlubiyyətindən qorxan Qərb təcili olaraq öldürücü silahların tədarükünü təşkil edib. Böhranın əsl səbəbləri barədə dünya ictimaiyyətinə yanlış məlumatların çatdırılması üçün genişmiqyaslı kampaniyaya start verilib. Hərbi məsləhətçilər və özəl hərbi şirkətlərin əməkdaşları Ukraynaya göndərilir, əcnəbi muzdluların sayı isə altı min nəfəri ötüb”, - deyə o, qeyd edib.
Şoyqu əlavə edib ki, Rusiya ordusu yerli sakinlərin təxliyəsinə imkan vermək üçün hücumu qəsdən ləngidir:
“Bunun üçün humanitar dəhlizlər yaradılır, sükut rejimi elan edilir”.
O, həmçinin vurğulayıb ki, Rusiya Qərbin Kiyevin dəstəyinə və sanksiyaların təzyiqinə baxmayaraq, xüsusi əməliyyatı bütün tapşırıqlar yerinə yetirilənə qədər davam etdirəcək.
Bizim.Media