Moldovanın sabiq prezidenti İqor Dodon saxlanılıb.
Bizim.Media xəbər verir ki, siyasətçi korrupsiya və vətənə xəyanət olmaqla, bir sıra cinayətlərdə şübhəli bilinir.
Moldova Baş Prokurorluğunun nümayəndəsi Marianna Kerpekin sözlərinə görə, Dodonun evində axtarış aparılıb.
Onun barəsində 72 saatlıq həbs-qətimkan tədbiri seçilib.
Bizim.Media