NATO-nun baş katibi Yens Stoltenberq əmindir ki, alyansa üzv ölkələr Türkiyəni İsveç və Finlandiyanın bu quruma qoşulmasına mane olmamağa inandıra biləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC-nin Rus Xidməti yazıb.
BBC-nin Hard Talk proqramında Stoltenberq NATO rəhbərliyinin Ankara ilə narahatlığını müzakirə edəcəyini və lazımi arqumentlər tapacağını bildirib.
Keçən həftə İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün rəsmi ərizələr veriblər və bu ərizələr NATO-nun üzvü olan ölkələrin parlamentləri tərəfindən təsdiqlənməlidir.
Lakin Türkiyə İsveç və Finlandiyanın kürd separatçılarına sığınacaq verdiyini bildirərək, onların girişini əngəlləməklə hədələyib.
Bizim.Media