Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 3 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 123 536 nəfər test edilib, 922 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 1 105 nəfər sağalıb.
Bizim.Media