Müğənni Alla Puqaçova və şoumen Maksim Qalkin İsraildə "İsrail Rublyovkası" adlanan ərazidə yaşayır.
Bizim.Media xəbər verir ki, "İzvestiya" bunu öz çəkiliş qrupunun araşdırmasına istinadən yazıb.
Sənətçilərin yaşadığı malikanə mütəxəssislər tərəfindən nə az, nə çox, 6 milyon dollar qiymətləndirilir.
Nəşrin məlumatına görə, villa Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən sahibkar Qalkinin qardaşına məxsusdur.
Dmitri Qalkin zirehli transportyorlar, xüsusi avtomobillər, qar və bataqlıqda yeriyən maşınlar istehsal edən "VPK" şirkətinin prezidenti və direktorlar şurasının üzvüdür.
Bizim.Media