Aleksandr Ata: “Erməni qoşunlarının törətdiyi əməllər barədə çox kədərli faktlar məlumdur”

“Christianity Today” nəşrində Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması regionda sülhün bərqərar olması ilə bağlı həsr edilmiş məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının rəhbəri arxiyepiskop Aleksandrın münaqişə haqqında mövqeyi ifadə olunub və regionda sülhün olmasında kömək çağırışı səslənib.

Məqalənin müəllifi Ceyson Kasper yazır ki, keçən il noyabr ayında atəşkəs haqqında üçtərəfli bəyanat imzalanması ilə Ermənistanla Azərbaycan arasında altı həftəlik müharibəyə son qoyulub.

Qeyd edilir ki, Azərbaycan özünün beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsini, o cümlədən tarixi Şuşa şəhərini özünə qaytara bilib.

Arxiyepiskop Aleksandr “Christianity Today”ə bildirib ki, 25 illik erməni işğalı nəticəsində Ağdam şəhəri xarabalığa çevrilib.

Arxiyepiskop işğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni irsinin sistemli şəkildə məhv edilməsi barədə söhbət açaraq qeyd edir ki, ermənilər Şuşa şəhərinin əsas məscidlərin adını dəyişdirib onu “fars məscidi” kimi qələmə verirdilər və 67 məsciddən 63-ü dağıdılıb.

Azərbaycan isə əksinə, əraziləri işğaldan azad edərkən orada xristianlara aid dini abidələri qoruyub saxlamaq barədə öhdəlik götürüb.

Azərbaycanda udinlərin xristian azlığının nümayəndələri də Kəlbəcər rayonunda yerləşən, IX əsrə aid Xudavəng monastırında olub, orada ibadət ediblər.

Qafqaz albanlarının nəslindən olan udinlər min il bundan əvvəl Azərbaycandakı digər etnik qruplarla assimilyasiya ediblər. İşğaldan azad edilmiş regiondakı kilsələr əslində, ermənilərin deyil, albanların məbədləridir.

Məqalədə bildirilir ki, Azərbaycanın 10 milyondan çox olan əhalinin əksəriyyəti müsəlmanlardır. Ölkədəki xristianların üçdə iki hissəsi pravoslav məzhəbinə aiddir.

Bundan əlavə, Azərbaycanda çoxminlik yəhudi icması da mövcuddur.

Azərbaycan tərəfinin dərc etdiyi məlumata görə, müharibə dövründə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 101 nəfər dinc sakin həlak olub. Arxiyepiskop Aleksandr qeyd edir ki, 30 il bundan əvvəl Azərbaycanda çoxlu erməni yaşayırdı və onlar öz kilsələrinə sərbəst gedirdilər.

Eyni regionda yaşayan müxtəlif etnik qrupların və müxtəlif dinlərin nümayəndələri bu insanların arasında fərqləri qabartmaq əvəzinə dinc yanaşı yaşamağı bacarmalıdırlar. İki ölkə arasında gələcək münasibətlərin qurulmasının əsas prinsipi budur.

Bu mənada Fransa, Almaniya və Polşa yaxşı nümunədir: həmin ölkələr İkinci Dünya müharibəsindən sonra mehriban qonşuluq münasibətlərini bərpa edə biliblər. Nəqliyyat kommunikasiyaları bərpa olunmalıdır, bu, Ermənistanın inkişafına kömək edər. Azərbaycan ilə Gürcüstan arasında çox sıx siyasi, iqtisadi və mədəni münasibətlər mövcuddur.

Azərbaycan Ermənistanı regional layihələrə qoşulmağa dəfələrlə dəvət edib, bu şərtlə ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarsın, lakin o, imtina edib.

Arxiyepiskop Aleksandr ermənilərin guya “soyqırımı”na məruz qalmaları barədə bəyanatlarını təkzib edərək vurğulayır ki, iki müharibə dövründə erməni qoşunlarının Azərbaycan ərazisində törətdiyi əməllər barədə çox kədərli faktlar məlumdur, bu müddətdə minlərlə azərbaycanlı məhv edilib.

Azərbaycanın pravoslav icmasının rəhbəri öz müsahibəsində deyir:

“Bu halda biz “soyqırımı” terminindən istifadə etməliyikmi? Azərbaycan multikulturalizm sahəsində zəngin təcrübəyə malikdir. Ölkədəki bütün dini abidələr müdafiə olunur və qorunub saxlanır. Bakıdakı erməni kilsəsi və oradakı kitabxana dövlət tərəfindən mühafizə olunur. Gələcəkdə sülh müqaviləsi imzalanarsa, bu kilsə dini mərasimlər keçirilməsi üçün yenidən açıla bilər, bu isə mənəvi və dini barışığa kömək edər. Sovet dövründə Bakıda bütöv bir erməni məhəlləsi vardı, orada həyat səviyyəsi şəhərin digər hissələri ilə müqayisədə xeyli yüksək idi”.

Arxiyepiskop Aleksandr onu da qeyd edib ki, bütün ermənilərin katolikosu II Qaregin ermənilərin Azərbaycana qarşı nifrətini və bununla bağlı gərginliyi azaltmaq üçün çox iş görə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoca çinar maşının üstünə aşdı – FOTO

Qoca çinar maşının üstünə aşdı – FOTO

Moskva - Sankt-Peterburq magistralında nəhəng benzin növbəsi yarandı – ANBAAN VİDEO

Moskva - Sankt-Peterburq magistralında nəhəng benzin növbəsi yarandı – ANBAAN VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ukrayna ballistik raket hazırlayır: Rusiyaya zərbə endiriləcək – VİDEO

Ukrayna ballistik raket hazırlayır: Rusiyaya zərbə endiriləcək – VİDEO

Əfqan papaqları sovet əsgərlərinin sevimli baş geyiminə NECƏ ÇEVRİLDİ?

Əfqan papaqları sovet əsgərlərinin sevimli baş geyiminə NECƏ ÇEVRİLDİ?

Xəstəxanada atəş açan şəxs TUTULDU

Xəstəxanada atəş açan şəxs TUTULDU

Böyükşor yolunda AĞIR QƏZA – Su bidonları yola dağıldı – VİDEO

Böyükşor yolunda AĞIR QƏZA – Su bidonları yola dağıldı – VİDEO

“Eşref Tek”in “ölümü”nə görə ehsan payladılar – Video

“Eşref Tek”in “ölümü”nə görə ehsan payladılar – Video

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Onlar da doğma yurda qayıdırlar - FOTO

Onlar da doğma yurda qayıdırlar - FOTO

"Rosselxoznadzor" Ermənistan məhsullarına qoyulan qadağanı belə izah etdi

"Rosselxoznadzor" Ermənistan məhsullarına qoyulan qadağanı belə izah etdi

ABŞ Senatı İranla bağlı qətnaməni rədd etdi

ABŞ Senatı İranla bağlı qətnaməni rədd etdi

Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq - Qanun nə deyir? – VİDEO

Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq - Qanun nə deyir? – VİDEO

"Ağstafa" su kanalında kişi batdı

"Ağstafa" su kanalında kişi batdı

ABŞ-da xəstəxanada atışma: Həlak olan var

ABŞ-da xəstəxanada atışma: Həlak olan var

Məhərrəm ayında nələri etmək olmaz? – SİYAHI

Məhərrəm ayında nələri etmək olmaz? – SİYAHI

JEK də pul istəyir, bələdiyyə də — Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də — Hansına ödəyək?

Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video

Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video

Çayda batan gəncin meyiti tapıldı – FOTO

Çayda batan gəncin meyiti tapıldı – FOTO

Azərbaycanda kredit borcları dondurula bilər – Kimlər yararlanacaq?

Azərbaycanda kredit borcları dondurula bilər – Kimlər yararlanacaq?

Həyat yoldaşından Rəvan Qarayevə qadağa

Həyat yoldaşından Rəvan Qarayevə qadağa

Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: Vətəndaşlara müxtəlif vədlər verdi

Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: Vətəndaşlara müxtəlif vədlər verdi

“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı

“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı

Baş nazir Dünya Çempionatına görə iş saatını dəyişdi

Baş nazir Dünya Çempionatına görə iş saatını dəyişdi

End of content

No more pages to load

RADİO