Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Berlində Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı deyib.
NATO-nun baş katibi bildirib ki, Rusiyanın Kiyevi tuta bilməməsi, Xarkovdan geri çəkilməsi və Donbassdakı böyük hücumunun qarşısının alınması Ukraynanın bu müharibədə qalib olacağına işarədir.
Bizim.Media