Avropanın dəyişən iqtisadi xəritəsində Azərbaycan FAKTORU – TƏHLİL

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.

Səfər çərçivəsində Azərbaycan liderinin Almaniyanın dövlət və hökumət başçıları, eləcə də işgüzar dairələrin nümayəndələri ilə görüşləri gözlənilir. Həmin görüşlərdə Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu və perspektivləri müzakirə ediləcək.

Səfərin baş tutduğu tarixi şərait

XXI əsrin mürəkkəb geosiyasi mənzərəsində dövlətlər arasında münasibətlərin xarakterini təkcə siyasi maraqlar deyil, həm də enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və regional sabitlik müəyyən edir. Bu baxımdan Azərbaycan–Almaniya münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Xüsusilə Avropada enerji təhlükəsizliyinin prioritetə çevrilməsi Azərbaycanın Almaniya üçün strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniya iqtisadiyyatının həcminə görə dünyada ilk üçlükdə qərarlaşıb. 5 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Almaniya Avropa İttifaqında ən böyük iqtisadiyyata malik dövlətdir. Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatı olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik və etibarlı tərəfdaşlıq siyasətinə xüsusi önəm verir.

Azərbaycan isə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən, zəngin enerji resurslarına malik və regional layihələrin əsas iştirakçısı kimi Almaniyanın diqqət mərkəzindədir.
 

Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin enerji siyasəti ciddi şəkildə dəyişdi. Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə alternativ mənbələrin axtarışı Azərbaycanın rolunu ön plana çıxardı.


Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropaya təbii qaz ixrac etməsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Bu sənəd Avropaya qaz ixracının mərhələli şəkildə artırılmasını nəzərdə tutur.

Almaniya birbaşa Azərbaycan qazını ən çox alan ölkələr sırasında olmasa da, Avropa qaz bazarının sabitləşməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bundan əlavə, yaşıl enerji, hidrogen texnologiyaları və bərpa olunan enerji mənbələri gələcək əməkdaşlığın əsas istiqamətləri hesab olunur.

İqtisadi münasibətlər genişlənir

Almaniya Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. Almaniyanın sənaye, maşınqayırma, kimya, logistika və yüksək texnologiyalar sahəsində topladığı təcrübə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətləri sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti və xidmət sektorunda müxtəlif layihələr həyata keçirirlər. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafına mühüm dəstək verir.

Qeyd edək ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar olub. Almaniya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi son 5 ildə 68 faiz artıb.

Bundan əlavə, Almaniyanın üzv olduğu Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib. Bundan əlavə, illik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir.

Azərbaycan Almaniya üçün niyə vacib partnyordur?

Kommunikasiya xətləri, dəhlizlər geosiyasi və geoiqtisadi güc deməkdir. Bu mənada Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərqdəki gərginlik Azərbaycan üzərindən keçən dəhlizlərin önəmini xeyli artırıb.

Bu mənada Çin–Avropa ticarət marşrutlarının şaxələndirilməsi fonunda Orta Dəhliz Avropa üçün strateji əhəmiyyət qazanıb.

Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və müasir logistika infrastrukturu Almaniyanın ixracatçı şirkətləri üçün yeni imkanlar yaradır. Almaniya istehsalçıları Asiya bazarlarına daha qısa müddətdə çıxış əldə etmək baxımından bu marşruta maraq göstərirlər.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir.

Əməkdaşlıq əsasən hansı istiqamətdə inkişaf edəcək?

Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri iki ölkə arasındadı əlaqələrin dərinləşməsi və şaxələndirilməsi istiqamətdə böyük perspektivlər vəd edir. İlkin ehtimallara görə qarşıdakı illərdə Azərbaycan–Almaniya münasibətlərinin əsas istiqamətləri yaşıl enerji və hidrogen layihələri, rəqəmsal iqtisadiyyat və innovasiya, sənaye kooperasiyası, Orta Dəhliz üzrə logistika əməkdaşlığı, ticarət dövriyyəsinin artırılması və investisiyaların genişləndirilməsi olacaq.

Bütün bunlar göstərir ki, münasibətlər yalnız enerji sahəsi ilə məhdudlaşmır. Əksinə, siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, innovasiya və humanitar əlaqələr də ikitərəfli münasibətlərin mühüm sütunlarına çevrilir.
 

Azərbaycan–Almaniya münasibətləri praqmatik maraqlar üzərində qurulmuş və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq modelidir. Almaniya Azərbaycanı Cənubi Qafqazın aparıcı iqtisadi gücü və Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi qiymətləndirir. Azərbaycan isə Almaniyanı yüksək texnologiyalar, investisiya və sənaye sahəsində vacib tərəfdaş hesab edir.


Mövcud geosiyasi dəyişikliklər, Orta Dəhlizin əhəmiyyətinin artması və yaşıl enerji layihələrinin sürətlənməsi fonunda Azərbaycan–Almaniya münasibətlərinin yaxın illərdə daha da dərinləşəcəyi və strateji xarakter alacağı gözlənilir.

Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər artıq ənənəvi xarakter alıb.

Bu görüşlər Azərbaycanın investisiya imkanlarının təqdim olunması, yüksək texnologiyalar, yaşıl enerji, sənaye kooperasiyası, logistika və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO