İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, İsveçdə hakimiyyətdə olan Sosial Demokrat Partiyası ölkənin NATO-ya daxil olmasının tərəfdarı olub.
Bizim.Media xəbər verir ki, bu barədə İveç xarici işlər naziri Ann Linde öz "Twitter" səhifəsində yazıb.
"Bu gün İsveç Sosial Demokrat Partiyası tarixi qərar qəbul edib: o, müdafiə alyansına - NATO-ya qoşulmağı dəstəkləmək qərarına gəlib", - deyə A.Linde bildirib.
Partiyanın bəyanatında deyilib ki, partiya Stokholmun NATO-ya üzvlük üçün müraciət etməsi üçün çalışacaq.
Bizim.Media