Xarkov metrosu fəaliyyətini bərpa etməyə hazırlaşır. Metroda sığınacaq tapan insanlar oradan köçürüləcək.
Bizim.Media xəbər verir ki, bunu şəhər meri İqor Terexov ICTV-nin jurnalisti Tatyana Dotsyaka şərhində səsləndirib.
Merin sözlərinə görə, açılış yaxın bir neçə həftə ərzində baş tuta bilər.
“Biz metronun rəhbərliyi ilə danışdıq... Əvvəlcə belə bir fikir yaranmışdı ki, güclü bombardman zamanı metro körpüsü zədələnib və qatarlar oradan keçə bilməz. Ancaq dedilər ki, körpü yaxşı vəziyyətdədir və bir neçə həftədən sonra ilk qatarlar hərəkətə başlayacaq!” – deyə Terexov qeyd edib.
Bizim.Media