Cənub qonşumuz İranda 9 min 219 bank hesabı bloklanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı İran Kəşfiyyat Nazirliyin məlumat yayıb.
Bildirilib ki, 545 nəfərə məxsus olan bank hesabları qanunsuz və şübhəli valyuta və kripto pul əməliyyatları səbəbindən 9219 bank hesabı qapadılıb.
Hesabların əməliyyat həcminin 60 trilyon tümən (təxminən 1 milyard 985 milyon dollar) olduğu bildirilib. (Lent.az)
Bizim.Media