Ukrayna Prezidenti Volodimir Zelenski rusiyameylli partiyaların qadağan edilməsi haqqqında qanunu imzalayıb.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirya məlumat verib.
O bildirib ki, qanun dərc edildikdən bir gün sonra qüvvəyə minəcək.
Qeyd edək ki, sözügedən qanunu Ali Rada mayın 3-də qəbul edib.
Bizim.Media