Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı Türkiyənin imperializmə qarşı olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, ölkəsinin imperializmə qarşı mübarizəsinin Qarabağ, Liviya, İraqın şimalındakı Qabard və Cudidə özünü göstərdiyini deyib:
“Türkiyənin demokratiya və inkişaf yolu 2 əsrlik bir uğur hekayəsidir. Bu, özündə imperealist güclərə qarşı mübarizəni ehtiva edir. Bunu Qarabağda, Liviyada, Qabarda, Cudidə terror təşkilatlarına qarşı mübarizə zamanı təsdiqlədik”, - o söyləyib.
Bizim.Media