Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, A.Lukaşenko Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin iclasında iştirak etmək üçün sabah Moskvaya səfər edəcək.
Səfər çərçivəsində A.Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi bildirilir.
Belarus prezidentinin mətbuat xidməti bildirib ki, liderlər regionda və dünyada mövcud vəziyyətin aktual problemləri haqqında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə qarşı birgə cavab tədbirlərini müzakirə edəcəklər.
Bizim.Media