“Rusiya qoşunlarının əsas məqsədi Donetsk, Luqansk və Xerson vilayətləri ərazisində tam nəzarəti təmin etməkdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.
Məlumatda bildirilir ki, şərqi əməliyyat zonasında döyüşlər davam edir.
Qeyd olunur ki, qarşı tərəfin ən ciddi fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur:
“Düşmənin Ukraynadakı hərbi və mülki obyektlərə raket, bomba zərbələri endirəcəyi təhlükəsi qalır. Volın və Polissya istiqamətlərində Rusiya Silahlı Qüvvələri fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin 7 batalyonu Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir”.
Həmçinin bildirilir ki, şimal istiqamətində düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin edir:
“Qarşı tərəf Xarkov istiqamətində aktiv döyüş əməliyyatları aparmayıb. Onun əsas səyləri qoşunlarının Xarkov şəhərindən çıxarılmasına, işğal olunmuş mövqelərin və təchizat yollarının saxlanmasına yönəlib”.
Bizim.Media